Azərbaycanda itkin düşən gənc qızın oğurlanaraq zorlandığı məlum olub.
Azadmedia.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Goranboy rayonunda qeydə alınıb.
Məlumata görə, 41 yaşlı Ramil Bayramov 19 yaşlı qızı qaçırıb, bir gün sonra isə onu zorlayıb.
Hüquq-mühafizə orqanlarının keçirdiyi tədbirlər nəticəsində gənc qız evinə qaytarılıb.
R.Bayramov barəsində isə Goranboy Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.