AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cəlilabadda mal-qara oğurlayan dəstə saxlanılıb

  • + A
  • - A
  • 11-09-2021, 11:55


    Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində mal-qara oğurluqları edən 5 nəfərdən ibarət dəstənin üzvləri saxlanılıb.

    DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Uzuntəpə və Maşlıq kəndlərindəki ayrı-ayrı təsərrüfatlardan gecə saatlarında iri və xırdabuynuzlu heyvanları oğurlayan Bakı şəhəri Binə qəsəbəsinin sakinləri İbrahim Nuriyev, Mahir Balakişiyev, Eldar Əsgərov, Cəlilabad rayon sakinləri Maqsud Qəhrəmanov və Kərimov Elgün müəyyən edilərək saxlanılıblar. Aparılan araşdırmalarla onların müxtəlif təsərrüfatlardan ümumilikdə 2 baş inək, 15 baş qoyun, 1500 manat dəyərində 20 kisə noxud və 1 evdən televizor oğurladıqları müəyyən edilib.

    Araşdırmalarla oğurlanan mal-qaranın Bakı şəhərinə aparılaraq müxtəlif ünvanlardakı qəssablara satıldığı müəyyən edilib. Həmin heyvanlardan ikisi aşkarlanaraq sahibinə təhvil verilib.
    Hazırda saxlanılan şəxslərin Cəlilabad və digər rayonlarda analoji cinayətlərdə iştirakının olub-olmadığı araşdırılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR