AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb

  • + A
  • - A
  • 11-09-2021, 20:36


    Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb.
    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, şəhərin 20 Yanvar küçəsində yerləşən kafenin gecə saat 00:00-dan sonra işlədiyi müəyyən edilib. Aşkar edilmiş qayda pozuntuları ilə əlaqədar orada olan 8 müştəri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilib, obyekt sahibi Ramil Aslanov barəsində toplanmış materiallar isə hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
    Qeyd edək ki, R.Aslanov əvvəllər də analoji qayda pozuntusuna yol verdiyi üçün onun barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR