Azərbaycanda dəhşət: 2 ailə məhv oldu
İsmayıllı rayonunda 7 nəfərin ölümü ilə nəticələnən dəhşətli avtomobil qəzası baş verib. APA xəbər verir ki, hadisə İsmayıllı-Qəbələ avtomobil yolunun Topçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Opel” və “Toyota Prado” markalı minik avtomobillərinin toqquşması nəticəsində 3-ü uşaq olmaqla 7 nəfər dünyasını dəyişib.
Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Muğanlı-Qəbələ avtomobil yolunun Topçu kəndindən keçən hissəsində Şəki rayon sakini 53 yaşlı Abbasov Rahim Sərkər oğlunun idarə etdiyi 99-DF-907 dövlət nömrə nişanlı “Opel Zafira” ilə Böyük Britaniya vətəndaşı 1965-ci il təvəllüdlü İnqland Vilyam Henrinin sürdüyü 99-AL- 238 dövlət nömrə nişanlı “Toyota Prado”nun toqquşması nəticəsində ölən 7 nəfərdən 6-sı iki ailənin üzvü olub. Belə ki, toqquşma nəticəsində “Opel”in sürücüsü ilə yanaşı, sərnişinləri: 1978-ci il təvəllüdlü Bayramov Ruzigar Məmməd oğlu, onun 14 yaşlı oğlu Sahib Bayramov, 11 yaşlı oğlu Cavid Bayramov, eləcə də 1977-ci il təvəllüdlü Kərimov Yaşar Camal oğlu, onun 19 yaşlı qızı Rufanə Kərimli və 16 yaşlı qızı Turanə Kərimzadə vəfat edib.
Faktla bağlı baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.