Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azadmedia.az-a verilən məlumata görə,Cəlilabad rayon sakini Elvin Hüseynov sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi tanışına məxsus “VAZ- 2105” markalı avtomobillə Cəlilabad şəhəri ərazisində yol nəqliyyat hadisəsi törədib. Nəticədə daha 3 nəqliyyat vasitəsinin - “VAZ 21154”, “VAZ 21063” və “Mercedes-Benz” markalı avtomobillərə ziyan dəyməsi ilə nəticələnən zəncirvari qəza hadisəsi yaranıb. E.Hüseynov müvafiq tibbi müayinədən keçirildikdə onun narkotik vasitədən istifadə etdiyi müəyyən olunub.
Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə E.Hüseynov 30 gün müddətində inzibati qaydada həbs olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.