AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xaçmazda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən şəxs saxlanılıb

  • + A
  • - A
  • 17-12-2021, 15:45


    Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsini idarə edən və digər hərəkət iştirakçılarının da sağlamlığı üçün ciddi təhlükə yaradan rayon sakini Müşfiq Rəsulov saxlanılıb.
    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, rayonun mərkəzi küçələrində hərəkətdə olan “Ford Tranzit” markalı avtomobilin sürücüsü davamlı şəkildə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün polis əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. Lakin, o, polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayaraq təhlükəli manevrlərlə qaydaları pozmağa davam edib və nəticədə hərəkətdə olan digər iki avtomobilə zərər vurub. Avtomobil süni tıxac tətbiq edilməklə dayandırıldıqdan sonra sürücünün narkotik vasitə qəbul etməsinə dair əsaslı şübhələr olduğundan həmin şəxs polis şöbəsinə gətirilib. Tibbi müayinədən keçirildikdən sonra M.Rəsulovun narkotik vasitə qəbul etdiyi müəyyən olunub. Həmçinin, həmin şəxsin sürücülük hüququ və avtomobili idarə etmək üçün etibarnamənin olmadığı da aşkarlanıb. O, ifadəsində əməllərini etiraf edib. M.Rəsulov Xaçmaz rayon məhkəməsinin qərarı ilə inzibati qaydada 30 sutka müddətində həbs edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR