AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bir gündə "Bakı Metropoliteni" QSC-nin ​iki işçisi dünyasını dəyişdi

  • + A
  • - A
  • 22-12-2021, 11:28

    Bir gündə "Bakı Metropoliteni" QSC-nin ​iki işçisi dünyasını dəyişdi

    Bu gün səhər işə gələrkən, "Bakı Metropoliteni"QSC-nin Tikinti departamentinin Dəmir yolunun tikintisi və əsaslı təmir işləri üzrə dəstəsinin rəisi Babaşxan Baxışov da ürək tutmasından yolda dünyasını dəyişib.
    "Bakı Metropoliteni"QSC-dən Azadmedia.az-a verilən məlumata görə 1959-cu il təvəllüdlü Babaşxan Baxışov 2017-ci ildən metropolitendə bu sahəyə rəhbərlik edib. Yeni tipli dəmir yolunun qurulması sahəsində peşəkar mütəxəssis və rəhbər idi.
    Xüsusən yollarda ağac şpalkarın dəmir-beton bloklarla əvə efilməsi kimi mütərəqqi layihələrin həyata keçirilməsini onun başçılıq etdiyi sahə həyata keçirir. Bu sahənin formalaşması və qurulmasında rolu və xidməti böyükdür.
    "Bakı Metropoliteni"QSC-nin kollektivi dərin hüznlə mərhumun ailəsinə və yaxınlarına başsağlığı verir. Allah rəhmət eləsin
    Xatırladaq ki, "Bakı Metropoliteni" QSC-nin Elektromexanika xidmətinin su təchizatı sahəsinin elektrik mexaniki 1965-ci il təvəllüdlü Eldar Süleymanov bu gün səhər saat 7:55 dəqiqədə "Elmlər Akademiyası" stansiyasında özünü pis hiss edib. Dərhal ona təcili tibbi yardım xidməti cağırılıb, ilkin yardım edilib. TTY xidməti çatana qədər dünyasını dəyişib. Allah rəhmət eləsin!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR