"Bakı Metropoliteni" QSC-də ölüm hadisəsi baş verib.
"Bakı Metropoliteni" QSC-nin Elektromexanika xidmətinin su təchizatı sahəsinin elektrik mexaniki 1965-ci il təvəllüdlü Eldar Süleymanov bu gün səhər saat 7:55 dəqiqədə "Elmlər Akademiyası" stansiyasında özünü pis hiss edib. Dərhal ona təcili tibbi yardım xidməti cağırılıb, ilkin yardım edilib. TTY xidməti çatana qədər dünyasını dəyişib.
Faktı Azadmedia.az-a Bakı Metropolitenin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təsdiqləyib və "Bakı Metropoliteni" QSC-nin kollektivi adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. Allah rəhmət eləsin!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.