Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib. Təbir zamanı ümumilikdə 40 nəfər saxlanılaraq Polis İdarəsinı gətirilib. Onlarla profilaktiki söhbətlər aparılmış, 31 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.