Bakıda əməliyyat - 17 nəfər saxlanıldı
Son iki gündə avaralıq və dilənçiliklə məşğul olan 17 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fevralın 18-də Səbail rayon Polis İdarəsi əməkdaşları tərəfindən rayon ərazisində avaralıq və dilənçiliklə məşğul olan 6 nəfər saxlanılaraq barələrində protokol tərtib edilib.
Fevralın 19-da isə paytaxtın Nərimanov, Yasamal və Səbail rayonları ərazilərində avaralıq və dilənçiliklə məşğul olan 11 nəfər polis əməkdaşları tərəfindən saxlanılaraq barələrində protokollar tərtib edilib.