Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1A ünvanında "Progress-2016" MTK tərəfindən hündür mərtəbəli binanın tikintisi aparılarkən qazıntı işləri zamanı ərazidəki 5 ağacın aşdığı, 6 ağacın isə aşma təhlükəsi olduğu müəyyən edilib.
Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyev Azadmedia.az-a bildirib ki, araşdırma zamanı təbiətə 2100 manat məbləğində ziyan dəydiyi məlum olub.
“Faktla bağlı toplanmış sənədlər hüquq-mühafizə orqanlarına təqdim olunacaq".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.