AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağacları kəsən şirkət cəzalandırılıb

  • + A
  • - A
  • 15-11-2021, 16:47

    Ağacları kəsən şirkət cəzalandırılıb

    Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Nəsimi rayonu, Rəşid Məmmədov 25 ünvanında ağacların kəsilməsi faktı müəyyən edilib. Bunu Azadmedia.az-a Xidmət rəsmisi Vaqif Cavadov bildirib.

    O qeyd edib ki, araşdırma zamanı “Xəzər İnşaat-XXI Əsr” MMC tərəfindən sözügedən ünvanda beş mərtəbəli binanın söküntüsü işləri aparılan zaman ərazidəki ağacların kəsildiyi və təbiətə 26580 manat məbləğində ziyan dəydiyi məlum olub.

    “Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR