“Lotu Quli” kriminal avtoritetin məzarını ziyarət etdi — FOTO
Rusiya mətbuatı Azərbaycanda həbsdən azad olan “Lotu Quli” ləqəblib “qanuni oğru” Nadir Səlifovdan yazıb.
“Ölkə.Az” xəbər verir ki, “Praym-Kraym” saytının yazdığına görə, bu gün azadlığa buraxılan “Lotu Quli” birinci növbədə ailəsini ziyarət etmək əvəzinə, ötən ay Gürcüstanda qətlə yetirilən kriminal avtoritet Elşən Məmmədovun məzarına baş çəkib. Daha sonra o, atası Nəriman Səlifovun da məzarını ziyarət edib. Daha sonra “Lotu Quli” anası, həyat yoldaşı və 2 övladının görüşünə gedib.
Qeyd edək ki, Elşən Məmmədovun “Lotu Quli”nin ən yaxın adamlarından olub. Hətta ona “Lotu Quli”nin inanılmış “cəllad”ı da deyirdilər. Sentyabrda “Toyota Land Cruiser”də cəsədi tapılan 42 yaşlı Elşənin başından 3 güllə yarası aldığı məlum olub.
Xatırladaq ki, N.Səlifov Azərbaycanda qətl hadisəsinə görə 15 il müddətinə azadlıqdan məhrum edilmişdi. “Lotu Quli” bu gün azadlığa buraxılıb. Ədliyyə Nazirliyindən verilən məlumata görə, “Lotu Quli” azadlığa çıxıb və hazırda o, Gürcüstandadır.