AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nərimanovdakı atışmanın iştirakçıları məlum oldu: Lotu Quli və Masallınskinin adamları

  • + A
  • - A
  • 10-01-2017, 09:29

    Polis silahlı qarşıdurmanın iştirakçılarını axtarır, gecə atışması isə dekabrda İstanbulda baş verən qanlı davanın davamıdır.

    Yanvarın 9-na keçən gecə Nərimanov rayonunda baş verən atışmanı kriminal avtoritetlər Rafiq Eyvazov (Rafiq Masallinski) və Nadir Səlifovun (Lotu Quli) adamları törədiblər. Bu barədə Sputnik-ə kriminal dairələrə yaxın mənbələr məlumat verib. Report xəbər verib ki, bazar ertəsi, yanvarın 9-da Nərimanov rayonu, Ağa Nemətulla küçəsindəki "Nənəmin Təndiri” kafesinin yaxınlığında 15-20 nəfər arasında atışma ilə nəticələnən kütləvi dava olub. Məlumata görə, kriminalistlər hadisənin baş verdiyi ərazidə Makarov tipli tapançadan atılmış gilizlər tapıblar. Bununla yanaşı, məlum olub ki, atışma Lotu Quli və Rafik Masallinskinin klanı arasında baş verib. Daha dəqiq desək, bu hadisələrə Masallinski səbəb olub. O, öz qisasını alırmış.

    Kriminal dairələrə yaxın olan digər mənbənin sözlərinə görə, dekabr ayında Türkiyədə "qanuni oğru” Rafiq Eyvazov amansızlıqla döyülüb. Məhz Lotu Qulinin adamları Masallinskiyə qarşı zor tətbiq ediblər. İlkin məlumatlara görə, Eyvazovla Səlifov arasındakı münaqişə pul üstündə baş verib. Söhbət 200 min dollardan gedir. Əvvəllər, hazırda Bakıdakı 8 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkən Səlifovun qruplaşmasının tərkibində olan Eyvazov onunla bərk mübahisə edib və sonra qrupdan çıxdığını bəyan edib. Tezliklə Səlifovun adamları Eyvazovu İstanbul hava limanında qarsalayıblar və onu restorana aparıblar. Eyvazov tək olmayıb, onunla türk ortağı da olub. Restorandan çıxarkən Eyvazovu və tanışını tapança ilə təhdid edərək adam olmayan yerə aparıblar. Orada onların hər ikisini xüsusi amansızlıqla döyüblər və gizləniblər. Hadisə baş verəndən sonra Masallinski bir neçə gün xəstəxanada yatıb.

    Məlumata görə, o, döyüldüyünə görə intiqam almağa söz verib. Belə bir məlumat da var ki, sözügedən qrupların Moskvada baş vermiş qarşıdurmasında bir azərbaycanlı öldürülüb. Bununla yanaşı, Nərimanov Rayon Polis İdarəsindən Sputnik-ə verilən məlumata görə, hazırda hüquq-mühafizə orqanları atışmada iştirak edən şəxslərin saxlanılması ilə məşğuldur. Məlumdur ki, baş vermiş hadisə zamanı yaralananlarla bağlı polisə xəstəxanalardan hər hansı məlumat daxil olmayıb. Məlumatlı mənbənin bildirdiyinə görə, atışma zamanı zərərçəkənlər var. Lakin onlar ələ keçəcəklərini nəzərə alaraq tibb müəssisələrindən yardım istəməyiblər. Read more: http://sputnik.az/azerbaijan/20170109/408364955/qanuni-ogrularin-baki-doyushu.html


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR