Şəmkirdə kişi arvadını və azyaşlı övladını qətlə yetirib.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hadisə Çinarlı qəsəbəsində qeydə alınıb.
Belə ki, Çinarlı qəsəbə sakini, 1988-ci il təvəllüdlü Həsənov Elməddin həyat yoldaşı, 1995-ci il təvəllüdlü Lalə Həsənovanı və 2014-cü il təvəllüdlü Qumru Həsənovanı bıçaqlayaraq qətlə yetirib.
Hadisə yerinə Şəmkir Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları cəlb olunub. Qətli törətməkdə şübhəli bilinən Elməddin Həsənov saxlanılaraq istintaqa təhvil verilib.
Hadisə ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.