İstanbul Boğazı gəmilərin hər iki istiqamətə hərəkəti üçün bağlanıb.
Azadmedia.az Seanews.az-a istinadən xəbər verir ki, Türkiyə Sahil Mühafizəsi Xidməti minaya bənzər obyektin zərərsizləşdirilməsi işləri ilə bağlı ərazidə gəmilərin hərəkətini dayandırıb.
Qeyd edək ki, Ukraynanın Odessa limanın ətrafı minalanıb. Son günlər həmin minalardan bir neçəsinin güclü axıntılar səbəbindən Qara dənizdə sürükləndiyi və İstanbul boğazına da çata biləcəyi barədə xəbərdarlıqlar edilirdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.