AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Partlayışda xəsarət alanlardan 3-nün vəziyyəti kritik ağırdır" - TƏBİB

  • + A
  • - A
  • 3-04-2022, 20:40

    "Partlayışda xəsarət alanlardan 3-nün vəziyyəti kritik ağırdır" - TƏBİB


    TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionarda müalicə alan daha 4 nəfər xəstə də ambulator müalicə üçün evə buraxılıb. Ümumilikdə, gün ərzində ambulator müalicə üçün 6 nəfər evə göndərilib.

    Bu barədə "AzadMedia.az"aTƏBİB-dən bildirilib ki, hazırda tibb müəssisələrində ümumilikdə, 18 nəfər müalicə alır. Onlardan 15-i TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir.

    Xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 6-sının vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

    Xəstələrin müayinə-müalicəsi xüsusi peşəkar həkim briqadasının intensiv nəzarəti altındadır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR