AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sabirabadda ağır yol qəzası — 1 ölü, 3 yaralı

  • + A
  • - A
  • 20-11-2017, 09:56

    Sabirabadda ağır yol qəzası — 1 ölü, 3 yaralı













    Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
    AZTB.info APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonu Qaratəpə kəndi ərazisindən keçən hissəsində baş verib.

    Qatı dumanlı havada “Mercedes” markalı, 10 MJ 199 dövlət nömrə nişanlı avtomobil “KamAZ” markalı, 10 HA 559 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

    Qəza nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb.

    Xəsarət alanlar Sabirabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR