AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aras Mersinlinin ölüm səbəbi məlum oldu

  • + A
  • - A
  • Bu gün, 14:06

    Aras Mersinlinin ölüm səbəbi məlum oldu

    Kahramanmaraşdakı məktəbi qana bulayan İsa Aras Mersinlinin autopsiya hesabatında ölüm səbəbinin sağ arxa ayağındakı yaralanmaya bağlı böyük damar zədələnməsi və bundan yaranan xarici qanaxma olduğu bildirildi.
    Hücumçunun, eyni məktəbdə iki uşağı oxuyan və başqa bir müəssisədə aşpaz işləyən valideyn Necmettin Bekçi tərəfindən dayandırıldığı öyrənildi.
    Bekçi ifadəsində bildirib ki, hücumçunun başqalarına zərər verməsinin qarşısını almaq üçün əlinə keçən bıçaqla onun ayağına doğru bir dəfə zərbə endirib.
    ❝Bıçağı vurmaqda məqsədim həmin şəxsin ayağa qalxıb qaçmasının və başqalarına zərər verməsinin qarşısını almaq idi.❞
    Bekçi bildirib ki, Aras ingiliscə anlamadığı sözləri deyirdi, sonda isə "məni bağışlayın" deyib.
    Yayılan fotolarda da Arasın çox qan itirdiyi görünür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR