AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bir neçə rayonun ərazisində oğurluqlar edən şəxs saxlandı

  • + A
  • - A
  • 13-06-2022, 12:34

    Bir neçə rayonun ərazisində oğurluqlar edən şəxs saxlandı

    Bir neçə rayonun ərazisində oğurluqlar edən şəxs Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Həmin şəxs bir qayda olaraq obyektlərə damdan daxil olurmuş.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, Biləsuvar rayonunun Səmədabad kəndində yerləşən mağazalardan birindən oğurluq edilməsi ilə bağlı polisə müraciət daxil olub. Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Cəbrayıl rayon sakini Yalçın Abbasov müəyyən edilərək saxlanılıb. Onun həmin mağazaya damdan daxil olaraq oradan 1627 manat pulu, 700 manat dəyərində tütün məmulatlarını və əlavə olaraq bir ədəd elektrik gücləndiricisini oğurladığı məlum olub. Ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə Y.Abbasovun daha bir neçə rayonda yerləşən mağazalara eyni üsulla daxil olaraq oradan oğurluqlar etdiyi müəyyən edilib.

    Faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR