AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Biləsuvarda aptek və mağazalardan oğurluq edən şəxs saxlanılıb

  • + A
  • - A
  • 26-11-2021, 12:03

    Biləsuvarda aptek və mağazalardan oğurluq edən şəxs saxlanılıb

    DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisindəki 2 aptek və 2 mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Cəilabad rayon sakini, əvvəllər məhkum olunmuş Elməddin Kərimov olduğu müəyyən edilib. Həmin şəxsin daxil olduğu obyektlərdəki kassalardan ümumilikdə 4437 manat nağ pul oğurladığı məlum olub. Ətrafında aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə E.Kərimovun Cəlilabad rayonu ərazisində yerləşən bir aptekdən də gecə saatlarında 220 manat pul oğurladığı müəyyən edilib.

    Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə yük avtomobillərinin akkumlyatorlarını oğurlamaqda şübhəli bilinən rayon sakinləri M.Nağıyev, N.Əliyev və S.Əzimzadə saxlanılıblar. Onların iki ədəd yük maşınından 600 manat dəyərində olan dörd ədəd akkumlyator oğurladıqları müəyyən edilib.

    Faktlarla bağlı araşdırma aparılır


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR