AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən oğurluqlar

  • + A
  • - A
  • 13-11-2021, 12:18

    Sutka ərzində baş verən oğurluqlar

    Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 11-də Dəmirçilər kəndi ərazisində yerləşən köhnə dəmir yolu relslərini kəsərək oğurlamağa cəhd göstərən rayon sakinləri S.Məmmədov, M.Kosayev, Q.Hadiyev və Goranboy rayon sakini M.Musayev saxlanılmışlar. Ətraflarında aparılan tədbirlərlə onların Cəfərli kəndi ərazisindən Ağstafa dəmir yolu təmiri sahəsinə məxsus 175 metr relsi oğurlamaları və 425 metr relsi oğurlamağa cəhd göstərmələri də müəyyən edilmişdir.


    Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hövsan qəsəbəsi ərazisindəki yerüstü piyada keçidinin pəncərələrini və çərçivə dayaqlarını oğurlamaqda, həmçinin rayon ərazisindəki bir evdən 2560 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini R.Məmmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür.


    Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən “Sumqayıt Superfosfat” zavodunun ərazisindən 200 kiloqram çəkidə metal qırıntılarının oğurlanması barədə məlumat daxil olmuşdur.
    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəhər sakini A.Həsənov, Abşeron rayon sakinləri T.Mikayılov və C.Əhmədov müəyyən edilərək saxlanılmışlar.
    Araşdırma aparılır.


    Xaçmaz Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən Şəxsiyyətlər parkındakı 3 fontandan 140 metr elektrik naqilinin oğurlanması barədə məlumat daxil olmuşdur.
    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Xaçmaz şəhər sakini M.Musayev müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.


    Ucar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bərgüşad kənd sakini E.Məcidovun yaşadığı evə baxış zamanı oradan 1 kiloqram 56 qramdan artıq marixuana, həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 2 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.


    Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 2250 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Yeddioymaq kənd sakini E.Məmmədov saxlanılmışdır. Ətrafında aparılan tədbirlərlə onun həmkəndlisi R.Ağayevlə birgə daha bir evdən 5000 manat dəyərində, digər evdən isə 1500 manat dəyərində məişət əşyaları oğurlamaları da müəyyən edilmişdir.
    R.Ağayev də polis əməkdaşları tərəfindən saxlanılmışdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR