"Azadlıq" metrosundan çıxıb tıxaca düşəndə adəti üzrə Binəqədi parkından keçib ara yolla evə gəlirəm. Evə gələndə yolüstü parkda fəaliyyət göstərən
Shaurma N1-dən xüsusi menyu alıram qızım üçün; ayran, kartof fri, balaca burqer. Əvvəllər 7.90-a olan menyu 1 aydan artıqdır ki, 8.20-dir. Dünən 1 saat Azadlıq prospektində tıxacda qaldığım üçün bu gün birbaşa metrodan çıxıb Binəqədi YAP binasını sürətlə keçib,
Shaurma N1-ə yaxınlaşdım. Həmişəki kimi ödəniş edib gözlədim, hazır paketləri əvvəldən bazarlıq etdiyim paketə qoyub evə yollandım.
Piyada yolumuz 15 dəqiqədir. Yorğun, bir tərəfdən də isti, evə çatıb elə paketləri uşağa verib rahatlanmaq istəyəndə, qızım bildirdi ki, kartof fri yoxdur. Kor-peşman, yorğun-arğın geri qayıtdım. Restoranın qapısında xidmət aparan polisləri görüb əhvalatı danışdım ki, sonra şərə düşməyim. Ətrafdan bildirdilər ki, nədənsə menyudan nəsə unudulmalar son vaxtlar tez-tez baş verir. İçəri daxil olub iradımı bildirdim, kartof frimi götürüb Antiinhisar Dövlət Xidmətinə müraciət edəcəyimi bildirdim. Təsəvvür edin, yolu uzaq olanlar var, abrına qısılan, yaxud vaxt darlığında geri dönməyən var... Belə çıxır ki, qəsdən evə aparılan sifarişlərdə nəsə unudulur, qarmağa kim düşdü, düşdü.
Shaurma N1, bu dəfə tilovu uyğun yerə atmadız, hadisəni nəinki bura yazmaqla kifayətlənəcəm, rəsmi şəkildə Antiinhisar Dövlət Xidmətinə müraciət edəcəm. Edəcəm ki, görk olsun, bir də müştəri aldatmaq fikrinə düşməyəsiz. Keçirdiyim əsəb və yorğun yol ölçməyimi də halal etmirəm.
Elnurə Abuşova[center]
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.