Gədəbəy rayonunda 1959-cu il təvəllüdlü Sevil qonşusu Nadiri (adlar şərti verilib - red.) taxta paçası ilə döyüb.
Hadisə bu ilin mayın 24-də baş verib. Sevil həmin gün saat 12 radələrində Nadir ilə evinin həyətində mübahisə edib. Sevil mübahisə zamanı Nadiri yerdən götürdüyü ağac parçası ilə döyüb.
İstintaq orqanı tərəfindən Sevilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sevil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Nadiri tanıyır, onunla heç bir düşmənçiliyi yoxdur: "Nadirlə aramızda həyətyanı torpaq sahəsi ilə əlaqədar mübahisələrimiz var. Hazırdada aramızda normal qonşuluq münasibətləri yoxdur. Mayın 23-də, saat16 radələrində Nadirin azyaşlı uşaqları Səid və Natiq yenə də evimin arxasında səs-küy salaraq bizi narahat etdilər".
Sevilin sözlərinə görə, mayın 24-də, saat 11 radələrində küçəyəçıxıb və Nadiri evinin həyətində olduğunu görüb: "Nadirdən uşaqlarının bizi narahat etmələri barədəona iradımı bildirdim. Nadir və arvadı Sevda uşaqlarının yaxşı etdiyini bildirdi, mənə qarşısöyüşlər etdilər. Səsə qızım Məleykə gəldi, məni evə apardı. Telefonla bu barədə oğlum Şahmara dedim. 20 dəqiqə sonra evimin həyətindən küçəyə baxanda Şahmarın gəldiyini, birbaşa Nadirin yanına getdiyini gördüm. Şahmar Nadirə məni və qızımı təhqiretməsinə görə irad bildirdi. Nadir isə Şahmara yumruq atdı. Onlar bir-biri ilə çəkişməyə başladılar. Bu zaman yerdən ağac götürərək Nadirini sifətindən vurdum. Nadirdə yerdən götürdüyü ağacla məni vurdu, zərbənin təsirindən yerəyıxıldım, qaşımdan qan axmağa başladı. Səhhətim pisləşdiyi üçün oğlum və qızım iləbirgə hadisə yerindən uzaqlaşdıq, evimizə getdik".
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Nadirin sözlərinə görə, təqsirləndirilən Sevil onun qonşusudur: "10 il əvvəl aramızda torpaq üstündə narazılıq olub. Daha sonra həminnarazılığı qanuni yolla həll etdik. Mayın 23-də axşam arvadım mənə zəng edərək bildirdi ki, buzovumuzu qonşunun həyətinə bağladığımız üçün Sevil və qızı buzovun səsinin onları narahat etməsinə görə onu təhqir edirlər. Arvadıma buna əhəmiyyət verməməsini bildirdim. Həmin gün heç bir mübahisəmiz olmadı".
Nadir qeyd edib ki, mayın 24-də, saat 11 radələrində evdən çıxaraq getmək istəyib: "Bu zaman Sevil və qızıküçədədayanaraq mənim və arvadımın ünvanına təhqiredici ifadələr işlətdi. Sevil və qızına iradımı bildirdim. Həmin vaxtı Sevilin oğlu Şahmar da gəldi. Onlar hər üçü ünvanıma nalayiq ifadələr işlətdilər. Sonra Şahmar mənə tərəf gəldi, yumruqla məni vurmaq istədi. Şahmarın qolundan tutaraq saxladım. Şahmarın arxasınca gələn anası Sevil isə bu vaxt həyətdən lobyataxtası götürərək sifətimdən bir dəfə vurdu, mənə xəsarət yetirdi".
Zərərçəkmişin ifadəsinə görə, arvadı Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib və polis çağırıb. Qeyd edib ki, onlar hazırda barışmayıblar. Zərərçəkmiş Sevilin barəsində qanuni tədbir görülməsini xahiş edib.
Gədəbəy rayon Məhkəməsinin hökmü ilə Sevil 1000 manat miqdarında cərimə olunub.(teleqraf.com)