AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fədayə Laçının apellyasiya şikayəti təmin edilmədi

  • + A
  • - A
  • 19-01-2018, 12:20

    Fədayə Laçının apellyasiya şikayəti təmin edilmədi














    Bakı Apellyasiya Məhkəməsində məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçının apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
    Vəkil Türkel Süleymanlının "Ölkə.Az"-a verdiyi məlumata görə, şikayət təmin edilməyib.

    Qeyd edək ki, bir müddət əvvəl Nəsimi rayon Məhkəməsi onun həbs qətimkan tədbirinin müddətini 3 ay uzadıb. Şikayət həmin qərardan verilib.

    Ötən il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.
    Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb.

    Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən 3 nəfər saxlanılıb. Onlardan biri tanınmış müğənni Fədayə Laçındır. Fədayə Laçınla yanaşı, Məhəmməd Hacıyev və Günay Atakişiyeva barəsində həbs qətimkan tədbiri seçilib.

    Bundan başqa, hadisə ilə əlaqədar Pentensiar Xidmətin bir neçə əməkdaşı da həbs olunub.

    Nəsimi Rayon Məhkəməsi onun ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatəti təmin etməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR