AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Külli miqdarda "iPhone" markalı mobil telefonlar aşkar edilib

  • + A
  • - A
  • 26-10-2022, 18:50

    Külli miqdarda "iPhone" markalı mobil telefonlar aşkar edilib

    Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda mobil telefonların ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısı alınıb.
    Belə ki, Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı olan iki nəfər şəxs nəzarətə götürülüb və onlara məxsus çamadanlar rentgen aparatından keçən zaman mobil telefonlara bənzər təsvirlərin əks olunduğu müəyyən edilib. Yoxlama zamanı həmin şəxslərin çamadanlarındakı sellofan paketlərin içərisindən, qutu və aksesuarları ilə birlikdə, müxtəlif yaddaşlarda 40 ədəd (7 ədəd “iPhone 14 pro max” 256 gb, 3 ədəd “iPhone 14 pro max” 128 gb, 17 ədəd “iPhone 14 pro” 128 gb, 13 ədəd “iPhone 14 pro” 256 gb) mobil telefonlar aşkar edilib.

    Hər iki faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR