Bu gün Tbilisidən Bakıya uçmalı olan “Buta Airways” şirkətinin təyyarəsində gecikmə olub.
Bu barədə jurnalist Teymur Maqsudov məlumat paylaşıb. O bildirib ki, səhər 08:30-da uçmalı olan təyyarəni 4 saat gözləyiblər: “Bu vaxt ərzində heç bir məlumat verilmədi. 12:15-də aeroportun nümayəndəsi dedi ki, təyyarədə nasazlıq var. Uçuş 23:50-dən tez olmayacaq. Sonra bizi siyahıya alıb hotellərə yerləşdirdilər. Bu proses 2 saata yaxın çəkdi. 100 sərnişin bu vəziyyətdə qaldı”.
Qafqazinfo məsələ ilə bağlı "Buta Airways" aviaşirkətinə sorğu ünvanlayıb Qurumun Mətbuat xidmətindən bildirilib ki, Tbilisi-Bakı (J2-9230 səhər reysi) reysinin uçuş saatı texniki səbəblərə görə gecikir: "Sözügedən reysin sərnişinləri Bakıya digər təyyarə ilə axşam yola düşəcəklər. Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq içkilər və qidalanma daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcəklər".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.