Bərdədə kafedə kənd sakini iki nəfəri güllələyib.
Hadisə rayonun Balaqəjər kəndində qeydə alınıb. Kənd sakini 1964-cü il təvəllüdlü Rəcəb Məmmədov kənd ərazisində yerləşən kafedə aralarında yaranmış münaqişə zamanı ov tüfəngi ilə həmkəndliləri Sərxan Əsədovu və kafenin sahibi Eldar Mamedova ov tüfəngindən atəş açıb.
Nəticədə ağır yaralanan kənd sakinləri Bərdə rayon mərkəzi xəstəxanasında çatdırılıb.
Hazırda onların vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.