Rusiyanın axtarışa verdiyi şəxs Heydər Əliyev Beynəlxalq Hava Limanında tutulub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə yanvarın 22-si saat 22 radələrində baş verib.
Tbilisi-Bakı reysi ilə Azərbaycana gələn Rusiya vətəndaşı, 1986-cı il təvəllüdlü Bayramov Mustafa Nəriman oğlu saxlanılıb. Onun Rusiyanın Cinayət Məcəlləsinin 159-cu (Dələduzluq) maddəsi ilə axtarışda olması məlum olub.
M.Bayramov aidiyyəti üzrə təhvil verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.