Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən
Azadmedia.az-a verilən məlumata görə, Quba rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı "Ford Tranzit” markalı yük avtomobilinin sürücüsü Bəxtiyar Əskərov yol hərəkəti qaydalarını pozduğuna görə yol polisi əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən həmin şəxsin narkotik vasitənin təsiri altında olması sübuta yetirilib. B.Əskərovun barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və məhkəməyə göndərilib.
Quba rayon məhkəməsinin qərarına əsasən həmin şəxs 15 gün müddətinə inzibati qaydada həbs olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.