AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gənc şairi toya kloun kimi dəvət edib pulunu vermirlər - YENİLƏNDİ

  • + A
  • - A
  • 28-01-2023, 16:54

    Gənc şairi toya kloun kimi dəvət edib pulunu vermirlər - YENİLƏNDİ


    DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidovun Azadmedia.az-a verdiyi məlumata görə Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən İ.Xudayi və ona borclu olan şəxs polis şöbəsinə dəvət olunub. Burada onlarla söhbətlər aparılıb və sonuncu borclu olduğu məbləği şikayətçiyə geri qaytarıb. Vətəndaş İ.Xudayi üzləşdiyi problemin yerindəcə həll olunduğu, qarşı tərəflə bağlı heç bir şikayət və tələbininin olmadığını bildirib.
    ***

    İbrahim Xudayi Salyanda yataqxanada yaşayır. Zəhmətkeş oğlandı. Həm sosial işlə məşğul olur, həm də toylarda sifarişlə kloun obrazı yaradır. Heç kimi olmayan İbrahim sosial şəbəkələrdə satirik şeirləri ilə məşhurdu. Təəssüf ki, bəzən onun kimsəsizliyindən istifadə edib işlədib verdikləri sözə əməl etmirlər. Gənc şairin Azadmedia.az-a verdiyi məlumata görə 13 noyabrda Salyanda Həyat Şadlıq evinin 1-ci mərtəbəsində keçirilən toya dəvət alıb, ona 20 manat beh veriblər, qalan 40 manatı da toydan sonra verməyə söz versələr də, verilən vədə əməl etməyiblər. Qışın günü şəraitsiz yataqxanada o pula çox ehtiyacı olduğunu bildirən gənc şair Salyan Rayon Polis Şöbəsinin rəisindən kömək istəyir.
    Salyanda yaşamasam da, mütəmadi əlaqələrim var doğulduğum, qeydiyyatda olduğum rayonumla. Nəzər müəllim barədə yalnız xoş sözlər eşitmişəm.
    İnanıram ki, Salyan RPŞ-nin rəisinin şəxsən diqqəti ilə İbrahimin haqq etdiyi pulu veriləcək.
    40 manat böyük məbləğ deyil, bu məbləğə görə gənc şairi dağa-daşa salmazlar.
    Elnurə


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR