AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kəmalə Aşumova: “Təmiz su uşaqların əsas hüquqlarından biridir”

  • + A
  • - A
  • Bu gün, 11:16

    Kəmalə Aşumova: “Təmiz su uşaqların əsas hüquqlarından biridir”


    Bakıda keçirilən “Baku Water Week – Bakı Su Həftəsi” ölkəmizdə suyun qorunması, istifadəsi və idarə olunması ilə bağlı mühüm platforma kimi diqqət çəkir. Tədbir çərçivəsində səslənən çağırışlar yalnız ekoloji məsələlərə deyil, həm də insan hüquqlarına, xüsusilə də uşaq hüquqlarına birbaşa təsir göstərir.

    Mövzu ilə bağlı fikirlərini bölüşən Ümidli Gələcək İB-nin sədri Kəmalə Aşumova bildirir ki, çox vaxt su problemi uzaq bir mövzu kimi görünür. Halbuki, uşaq və qadın hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların gündəliyinə nəzər salsaq, görərik ki, bu sahə birbaşa əlaqəlidir:

    “BMT-nin Uşaq Hüquqları Konvensiyasında göstərilir ki, hər bir uşaq yaşamaq, inkişaf etmək, sağlamlıq və rifah hüququna malikdir. Amma bu hüquqları təmiz suya çıxış olmadan təmin etmək mümkünsüzdür. Çirkli su və ekoloji problemlər uşaqların sağlamlığına və inkişafına ciddi maneə yaradır”, – deyə K.Aşumova vurğulayıb.

    Kəmalə xanımın sözlərinə görə, su yalnız sağlamlığa deyil, həm də təhsilə və sosial inkişafa birbaşa təsir edir. Keyfiyyətsiz sudan qaynaqlanan xəstəliklər uşaqların dərsə davamiyyətini zəiflədir, bu isə onların gələcək imkanlarını məhdudlaşdırır. “Əslində suya qayğı göstərmək gələcək nəsillərə qayğı göstərməkdir”, – deyə o qeyd edib.

    QHT sədri hesab edir ki, bu məsələdə yalnız dövlət və ya yalnız ictimai sektor deyil, bütün cəmiyyət birgə fəaliyyət göstərməlidir:

    “Uşaq hüquqlarının müdafiəsi əsas yaşayış şərtləri təmin edilmədən mümkün deyil. Su və ekoloji mühit bu şərtlərin başlıca elementlərindəndir. Ona görə də uşaq hüquqları ilə məşğul olan təşkilatlarla ekologiya və su sahəsində çalışan qurumların əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir”, – deyə K.Aşumova bildirib.

    O, həmçinin qeyd edib ki, uşaqların müdafiə və inkişaf hüququ yalnız sosial rifahla məhdudlaşmamalı, həm də sağlam, təhlükəsiz və ekoloji baxımdan davamlı mühitdə yaşamaq hüququnu da əhatə etməlidir.

    “Təmiz suya çıxış zənginlik deyil, insanın və xüsusilə uşaqların ən təməl hüquqlarından biridir. Bu gün dünyamız bizdən gücləri birləşdirməyi tələb edir. Yalnız bu halda biz hər bir uşağın sağlam və təhlükəsiz mühitdə böyüməsini təmin edə bilərik”, – deyə QHT sədri fikrini yekunlaşdırıb.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR