AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DTA tərəfindən cənub regionuna infotur təşkil olunub

  • + A
  • - A
  • Bu gün, 11:26

    DTA tərəfindən cənub regionuna infotur təşkil olunub

    Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə 9-11 sentyabr tarixlərində cənub regionunun Xəzər sahilində yerləşən rayonlarına infotur təşkil edilib.

    Astara, Lənkəran və Neftçala rayonlarını əhatə edən infoturda Azərbaycanda fəaliyyət göstərən 30 aparıcı turizm şirkətinin nümayəndələri və səyahət blogerləri iştirak ediblər.

    İnfoturun əsas məqsədi qeyd olunan rayonlarının turizm imkanlarının geniş şəkildə təbliğ olunması, son illərdə turizm sahəsində aparılan işlərin nümayiş etdirilməsi, eyni zamanda yeni turizm destinasiyalarının tanıdılmasıdır.

    İnfotur çərçivəsində Hirkan Milli Parkına, bambuk plantasiyasına, Sım kəndinə, balıqçılıq, çay və sitrus təsərrüfatlarına, yeni istifadəyə verilmiş turizm müəssisələrinə səfər edilib.

    Həmçinin iştirakçılar regionun yerli mətbəx nümünələri, müalicə turizmi və aqroturizm imkanları ilə tanış olublar.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR