DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, bu gün saat 16:00 radələrində Sumqayıt şəhər sakini Vüqar Məmmədov "Mercedes" markalı avtomobillə Beyləqan rayonunun ərazisində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili Yuxarı Qarabağ kanalına aşırıb. Nəticədə sərnişinlər - Sura Balayeva və Rəşad Məmmədov hadisə yerində ölüblər. Sürücü V.Məmmədov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
Qeyd: Sürücü V.Məmmədov tibbi müdaxilələrə baxmayaraq müalicə aldığı xəstəxanada vəfat edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.