AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Külli miqdarda narkotik vasitənin realizə edilməsinin qarşısı alınıb

  • + A
  • - A
  • 31-01-2023, 13:37

    Külli miqdarda narkotik vasitənin realizə edilməsinin qarşısı alınıb

    Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi və Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitənin realizə edilməsinin qarşısı alınıb.
    Azadmedia.az xəbər verir ki, daxil olmuş məlumat əsasında İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilən, Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki çoxmərtəbəli yaşayış binasının qarşısında geyim, ayaqqabı və tekstil məhsullarının toplanıldığı qutunun altında yerləşdirilən narkotik vasitə-metadon naməlum şəxs tərəfindən götürülərkən saxlanılıb.
    “Lada” markalı avtomobillə əraziyə gələn həmin şəxsin götürdüyü sellofan torbaya baxış keçirilib. Baxış zamanı sellofan torbada hər konvalyutda 10 ədəd həb olmaqla, ümumilikdə 50 konvalyutda 500 ədəd “Methadone 40” adlı həblər aşkar edilib.
    Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir.
    Faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR