AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu MMC-yə verilmiş “xüsusi icazə” ləğv edildi - Səbəb

  • + A
  • - A
  • 31-01-2023, 14:42

    Bu MMC-yə verilmiş “xüsusi icazə” ləğv edildi - Səbəb

    Fövqəladə Hallar Nazirliyi tərəfindən “İon Tikinti” MMC-yə verilmiş “xüsusi icazə” həmin MMC-nin rəsmi müraciəti nəzərə alınaraq Nazirliyin 16 yanvar tarixli əmri ilə ləğv edilib.

    Bu barədə FHN tərəfindən aidiyyəti qurumlara məlumat verilib.

    Azadmedia.az-a qurumdan bildirildi ki, sözügedən “xüsusi icazə” “İon Tikinti”yə ionlaşdırıcı şüa mənbəyi hesab edilən qurğular, radioaktiv maddələrin saxlanma məntəqələri və radioaktiv tullantı anbarları üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanmasını həyata keçirmək üçün verilmişdi.

    Yuxarıda göstərilənləri nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi radioloji fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxlərə müraciət edərək müvaf​iq qurğu, məntəqə, avadanlıq və vasitələrin layihələşdirilməsi və hazırlanması zamanı qeyd olunan MMC-yə verilmiş “xüsusi icazə”nin ləğv olunduğunun nəzərə alınmasını tövsiyə edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR