Gəncədə aparılan tikintinin qarşısının alınması səbəbi məlum olub. Azadmedua az xəbər verir ki, Gəncə şəhəri, Heydər Əliyev prospekti, 64 ünvanında anbar binasının inşası zamanı aidiyyəti qurumlar tərəfindən təsdiq edilmiş layihədən kənara çıxılmaqla qeyri-qanuni tikinti işlərinin aparılması faktı aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində layihədənkənar aparılan qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt nəzarətə götürülüb.