Təəssüf ki, gələn rəsmi kriminal xəbərlərdə az qala hər gün qadın qətli ilə bağlı məlumat oxuyuruq. Səbəb nə olursa olsun, qasın qətli qəbuledilməzdir. Qadın qatillərinin sayını azaltmaq üçün mütləq cəzalar sərtləşməlidir. Bu dəfə də həftənin ilk günü ilk kriminal xəbər qadın qətli ilə bağlıdır.
Fevralın 6-da saat 07 radələrində Cəlilabad rayonu Muğan kəndində 1992-ci il təvəllüdlü Günel Abbasovanın bıçaqla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Azadmedia.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1987-ci il təvəllüdlü Elxan Əmanov hadisədən sonra sirkə turşusu içib. O xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.