Dünən sosial şəbəkələrdə azyaşlı qıza zor tətbiq edən şəxsin hərəkətləri hər kəsi qəzəbləndirdi. Var olsun Azərbaycan polisi, həmin şəxs artıq aşkar edilərək şöbəyə gətirilib
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Azadmedia.az-a bildirib ki, sosial Şəbəkələrdə əks olunan videogörüntü ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində dərhal müvafiq araşdırmalar başlanılıb. Baş İdarənin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində videodakı şəxsin Gəncə şəhər sakini 1982-ci il təvəllüdlü Etibar Əliyev olması müəyyən edilib. E. Əliyev saxlanılaraq polis şöbəsinə gətirilib, faktla bağlı araşdırmalar davam etdirilir
https://fb.watch/ivKAQiEu1S/?mibextid=qC1gEa
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.