Hər gün onlarla adam narkotik alverinə cəhd edərkən polis əməkdaşları tərəfindən saxlanır. Onların arasında qadınların olması çox kədərlidir. Qadın anadır, bacıdır, həyat yoldaşıdır. Onlar rəva bilməməlidir kimlərinsə oğlu, əri, qardaşı zəhərlənsin narkotiklə. Mübarizə aoarmaq əvəzinə özləri də bu zərərli vərdişlərin yayılmasına vəsilə olur. Bu dəfə belə qadınlardan birini Şirvan polisi yaxalayıb.
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən qadın saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Elnarə Həsənzadə saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə keçirilən baxış zamanı müxtəlif çəkilərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan qadın barəsində həbs qətimkan tədbiri seçilib Araşdırmalar davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.