Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi xəbər verir ki, cümə günü Qazaxıstanın şərqində Rusiya ilə sərhəd yaxınlığında 4 bal gücündə zəlzələ baş verib.
Azadmedia.az xəbər verir ki, Altay-Sayan qolunun operativ hesablamalarına görə, Moskva vaxtı ilə saat 15.35-də qeydə alınan zəlzələnin episentri Qazaxıstanın Rusiya ilə həmsərhəd olan Katon-Qaraqay bölgəsində (Altay) yerləşib, maqnitudası 4 bal olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.