Azadmedia az həftə sonu baş verən cinayətləri təqdim edir:
Kürdəmir rayon sakinindən silah götürülüb
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq silah və döyüş sursatları saxlayan şəxslərin saxlanılaraq məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Məhəmməd Şəfiyev saxlanılıb.
Həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı oradan 1 ədəd "Kalaşnikov" markalı avtomat silahı, 24 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Sifariş etdiyi taksinin sürücüsünün telefonlarını oğurlayan şəxs saxlanılıb
Bakı şəhər sakini, taksi fəaliyyəti ilə məşğul olan K.Zərbiyev Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət edərək sərnişin kimi rayona gətirdiyi naməlum şəxsin oteldə onun diqqətinin yayınmasından istifadə edərək ümumi dəyəri 1710 manat olan 2 ədəd telefonu oğurladığını bildirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Masallı rayon sakini Əfruz Əliyev 3 ay sonra müəyyən edilərək saxlanılıb .Araşdırmalarla məlum olub ki, paytaxtdan taksi ilə Lənkərana gələn Ə.Əliyev rayona çatdıqdan sonra sürücünün mobil telefonlarını oğurlayaraq oradan uzaqlaşıb. Lənkəran ŞRPŞ-nin əməkdaşlarının həmin şəxsin ətrafında apardıqları əlavə əməliyyat tədbirləri ilə həmin şəxsin rayon ərazisindəki digər oğurluqlarının da üstü açılıb. Belə ki, Ə.Əliyevin Lənkəran rayonu ərazisində yerləşən 3 yaşayış evindən ümumilikdə 10 min 330 manat dəyərində pul və qızıl zinət-əşyaları oğurladığı müəyyən edilib. Bundan əlavə, həmin şəxsin Bakı şəhəri ərazisində də çoxsaylı oğurluqlar etdiyi məlum olub. Ə.Əliyevin analoji əməllərinin digər zərərçəkənlər varsa polisə müraciət etmələri xahiş olunur.
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində isə daha bir oğurluğun üstü açılıb. Belə ki, ötən ilin noyabr ayında rayon ərazisindəki evlərdən birindən 15000 manat pul oğurlayan Zaur Əliyev müəyyən edilərək saxlanılıb.
Faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.
DİN-in Mətbuat Xidmətindən Azadmedia.az-a verilən məlumata görə
- Fevralın 11-də və 12-də ölkə ərazisində qeydə alınan 128, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 73, o cümlədən borclu şəxs qismində axtarışda olan 50 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 9 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 12 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.
- Narkotiklərlə əlaqəli 65, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 115 nəfər saxlanılıb.
❗❗❗
Polis əməkdaşlarının fevralın 11-də və 12-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində* ümumi çəkisi 25,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 15,2 kiloqramdan artıq heroin, 10 kiloqramdan çox marixuana, 50 qram tiryək, həmçinin 60 qrama yaxın metamfetamin və 415 ədəd metadon həbləri olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
‼️
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində* fevralın 11-də və 12-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 10 ədəd ov tüfəngi götürülüb.
Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.