Gəncə şəhərində polis əməkdaşının bıçaqlanması ilə bağlı yayılan xəbərə rəsmi cavab gəlib, xəbər təkzib olunub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Azadmedia az-ın sorğusuna cavab olaraq bildirdi ki, Gəncə şəhərində polis əməkdaşının bıçaqlanması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir, əsassızdır.
Bəs polis niyə xəstəxanaya düşüb? DİN sözçüsünün məlumatına görə görə Gəncə şəhərində polis nəfəri yaşadığı evdə ehtiyatsızlıqdan yıxılması nəticəsində ayağından yüngül xəsarət alıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.