“Bu gün Ermənistan və Türkiyə üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması işinə yeni təkan vermək barədə razılığa gəliblər”.
Bu sözləri Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç deyib.
Serdar Kılıç söyləyib ki, Ermənistan və Türkiyənin sərhədində yerləşən Marqara körpüsünün tez bir zamanda istismara verilməsi planlaşdırılır:
“Ermənistan və Türkiyə sərhəddəki Marqara körpüsünün tez bir zamanda istismara verilməsi üçün mümkün olan hər şeyi edəcəklər. Tərəflərin son zamanlar atdığı addımlar münasibətlərin normallaşması prosesinə müsbət təsir göstərəcək”, - deyə Serdar Kılıç vurğulayıb.
Mənbə: Armenpress
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.