Ötən il dekabrın 31-də paytaxtın Səbail rayonu ərazisində 3 qadının müxtəlif markalı mobil telefonlarının qeyri-aşkar şəraitdə oğurlanması barədə daxil olan məlumatlarla əlaqədar Bakı Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar aparılıb.
Müəyyən olunub ki, həmin qadınların mobil telefonları dekabrın 31-də Səbail rayonu ərazisində keçirilən bayram yarmarkasında insanların sıx olduğu yerdə oğurlanıb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq əməllərində şübhəli bilinən paytaxt ərazisində yaşayan Biləsuvar rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 24 yaşlı Ağamoğlan Abdalov müəyyən olunaraq saxlanılıb.
Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə DİN-in “102- Zəng Mərkəzi”nə, eləcə də Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etmələri xahiş olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.