Müdafiə Nazirliyinin mətbuat xidmətimdən Azadmedia.az-a daxil olan məlumata görə Azərbaycan Ordusunun zabiti, 1978-ci il təvəllüdlü polkovnik-leytenant Ağayev Vüqar Şümşəd oğlu kəskin miokard infarktından vəfat edib.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!
Qeyd edək ki, zabitimizin Laçında xidməti vəzifə.zamanı şəhid olduğu bildirilmişdi. Rəsmi məlumatdan məlum oldu ki, yayılan xəbər həqiqəti əks etdirmir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.