Vətən müharibəsi şəhidi Valeh Əkbərzadənin yeganə övladı dünyasını dəyişib.
Bu barədə şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında məlumat yayıb.
"Lənkəran rayonunun Boladi kəndinin şəhidi Valeh Əkbərzadənin yeganə övladı Murad ağır ürək çatışmazlığı xəstəliyindən vəfat edib.
Valeh Əkbərzadə 5 noyabr 2020-ci il tarixdə Şuşada şəhid olub. Ata-bala qovuşdular. Allah rəhmət eləsin”, - E.İslamoğlu bildirib.
Valeh Əkbərzadə Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” və "Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. Ailəsinə dövlət tərəfindən Lənkəran şəhərində birotaqlı mənzil verilmişdi. Allah rəhmət eləsin!
Şəkillər Qaynarinfo-dan götürüıüb
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.