3 gün öncə az qala ölkəni ayağa qaldıran hadisə baş verdi. Cavan bir xanımı 2 kişi və bir qadın sürüyərək maşəna saldı, hətta qadının əli maşının qapısında qalsa da, çox kobudluqla qapını örtməyə çalışdılar. Bəli, günün günorta çağı şəhərin ortasında qadına qarşı zorakılıq, adam oğurluğu baş verdi. Xəbər portallarında, sosial şəbəkələrdə kifayət qədər paylaşıldı, fikirləşdik ki, yaqin cavabdehlər layiqli qiymətini aldı. Təəssüf ki, belə olmadı.
Bazar günü Azadmedia.az-ın əməkdaşı Elnurə Abuşovanın vatsap nömrəsinə gələn mesajdan məlum oldu ki, maşına yerlə sürüyüb aparılan xanım Əhmədova Elvinadır. 24.02.2023-cü il tarixdə sosial şəbəkələrdə yayılan videoda göründüyü kimi zorakılığa məruz qalaraq, məcburi maşına mindirilib, qaçırılan xanım yazır ki, dəfələrlə maşından özümü atmışam və müxtəlif xəsarətlər almışam, hətta daxili qanaxma keçirmə təhlükəsi olduğunu bildirib həkimlər. Bu barədə hüquq mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etdiyini bildirən Elvina xanım həmin günün səhəri atası və həyat yoldaşının polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilsələr də, sutka bitməmiş və qadın şikayət ərizəsini geri çəkməmiş sərbəst buraxılıblar. Xanım bildirir ki, hazırda körpə uşağım onların əlindədir və məni şantaj edərək, şikayət ərizəmi geri çəkməyimi tələb edirlər. Övladımın və mənim həyatım təhlükə altındadır. Xahiş edirəm bu məsələ ilə bağlı öz köməkliyinizi göstərəsiz, - yazan Elvina xanım biıdirir ki, anasını körpə ikən itirib, atasından həmişə şiddət görüb. Ailə quranda fikirləşib ki, bəlkə yaxşı olar, daha betəri olub. Qayınana və həyat yoldaşından dəfələrlə şiddət görüb. 22 yaşlı xanım parfümeriya dükanlarının birində işləyib, həyat yoldaşı işsizdir. Onu saxlamaqdan, işdən yorğun gələndə şiddət görməkdən bezdim, qərara gəldim ayrılam, - deyən şikayətçinin dediyinə görə martın 7-si məhkəmələri olacaq. Əri və atası hər vəhclə məhkəmənin baş tutmamasına çalışır. Məhkəmə olmadan ananın əlindən uşağın alınması, günün günorta çağı adamoğurlayanların cəzasız qalması təəssüf doğurur, əlaqədar orqanların ən qısa zamanda hadisəyə reaksiya verəcəyinə inanırıq. Mövzuya qayıdacağıq.