Füzulidə şəxsiyyəti məlum olmayan insan sümükləri aşkarlandı.
Baş Prokurorluğun Mətbuat xidmətindən daxil olmuş Azadmedia.az-ın sorğusuna cavab olaraq bildirilir ki, martın 1-i Füzuli rayonunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində mina-təmizləmə işləri aparılarkən insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyü və digər sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.