AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İcra Hakimiyyətinin vəzifəli şəxsi barəsində cinayət işi başlanıb

  • + A
  • - A
  • 2-03-2023, 12:40

    İcra Hakimiyyətinin vəzifəli şəxsi barəsində cinayət işi başlanıb

    Zaqatala rayon prokurorluğundan Azadmedia.az-a daxil olan məlumata görə Zaqatala rayon İcra Hakimiyyəti başçısının Car kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin qanunsuz hərəkətləri barədə rayon prokurorluğunda araşdırma aparılıb.

    Məhəmməd Huşanovun qeyd olunan vəzifədə işləyərkən müvafiq arayışların verilməsi üçün rüşvət alması və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanıb.

    İbtidai istintaq davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR